<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>550</hymn_number>
<lyrics>[V1]
 Yer üzündə çox qiymətli bir söz var,
 Bu sözü tanıyır cavan, qoca da.
 Çətin yolumuza nur, işıq saçır,
 Sülh, sevinc gətirən bu söz - bağışla.
 Kim daim mərhəmət görmək istəyir,
 İxlaskar bir həyat ümidindədir,
 Sakit, həlim ruhda o deməlidir
 Hikmət, sevgi dolu sözü - bağışla.

[C1]
   Rəbb bizi sevərək bağışladı ki,
   Xilasa, həyata biz malik olaq.
   Biz də əfv edərək bir-birimizi
   Deyək şəfa verən sözü - bağışla.

[V2]
 Bəzən çətin olur bu sözü demək,
 Qürur, təkəbbürlük qoymur insanı.
 Bəzən unuduruq çarmıxda Rəbbin
 Ataya dediyi sözü - bağışla.
 Çoxmu döyülmüşük, söyülmüşük biz,
 Əzab-əziyyətlər çoxmu çəkmişik?
 Bəs niyə bu qədər çətindir bizə
 Kövrək yalvarışla demək bağışla?

[C2]
   Bağışlamasanız bilin sizə də
   Bağışlanmaz, deyir Rəbbimiz İsa.
   Hər kəsi əfv edən, hər şeyə dözən
   Böyük məhəbbətlə deyək - bağışla.</lyrics>
<title>Yer üzündə çox qiymətli bir söz var İL550</title>
</song>